AVROVİZİYA İŞTİRAKÇISI OLAN İSVEÇLI MÜĞƏNNİ AZƏRBAYCANLI HÜQUQ MÜDAFİƏÇİLƏRİ İLƏ GÖRÜŞÜB

“Avroviziya” musiqi yarışmasında İsveçi təmsil edən müğənni Loren öz təşəbbüsü ilə Azərbaycanda insan haqlarının durumu, “Demokratiya naminə musiqi” (Sing for Democracy) kompaniyasının fəaliyyətilə tanış olmaq üçün Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun sədri Emin Hüseynov, İnsan Haqları Klubunun rəhbəri Rəsul Cəfərov və Norveç İnsan Haqları Evinin koordinatoru Şəhla İsmayılova ilə görüşüb.

RATİ –nin mətbuat mərkəzində düzənlənən tədbir İsveçin “Civil Rights Defenders” təşkilatının və Norveç İnsan Haqları Evinin dəstəyi ilə gerçəkləşib.

Görüş zamanı qonağa Azərbaycanda insan hüquq və azadlıqları-siyasi, sərbəst toplaşmaq, söz azadlığı və mülkiyyət hüquqlarının durumu barədə məlumat verilib.  Musiqiçini maraqlandıran suallar cavablandırıb. Azərbaycanda mülkiyyət hüquqlarının pozulması faktlarını özündə əks etdirən foto sərgi, “Demokratiya naminə musiqi” kompaniyası çərçivəsində hazırlanan video çarx nümayiş olunub. Yerli hüquq müdafiəçiləri İsveç müğənnisi ilə görüşü kompaniyaya dəstək kimi dəyərləndiriblər. “Avroviziya”nın yarımfinallarında və final konsertində Azərbaycanda insan haqlarının müdafiəsinə hər hansı formada dəstək çağırışı ediblər. İsveç müğənnisi Loren görüşdən məmnun qaldığını bildirib. Hər zaman insan haqlarının qorunmasına və müdafiəsinə çalışacağını, bu sırada Azərbaycanın da yer alacağını deyib.

Previous Post

“EUROVİSİON” KEÇİRİLƏN ÖLKƏDƏ İNSAN HAQLARI POZULMAMALIDIR

Next Post

MEHMAN ƏLİYEV NORVEÇ İNSAN HAQLARI EVİNİN MÜKAFATI İLƏ TƏLTİF OLUNUB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.