MEHMAN ƏLİYEV NORVEÇ İNSAN HAQLARI EVİNİN MÜKAFATI İLƏ TƏLTİF OLUNUB

“Turan” informasiya agentliyinin direktoru Mehman Əliyev Norveç İnsan Haqları Evinin mükafatını alıb. O, uzun illər Azərbaycanda azad mətbuatın və demokratiyanın inkişafında oynadığı dəyərli rola görə bu mükafata layiq görülüb.  

Mükafatın təqdimetmə mərasimi Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun media mərkəzində gerçəkləşib. Mərasimdə Azərbaycan vətəndaş cəmiyyətinin aparıcı üzvləri, o sıradan, insan haqları müdafiəçiləri, Ziyalılar Forumunun üzvləri, jurnalistlər, vəkillər, xarici ölkə səfirliklərinin nümayəndələri, AŞ və ATƏT-in təmsilçiləri, xarici və ölkə mətbuatının nümayəndələri iştirak edib. Norveç İnsan haqları evinin icraçı direktoru xanım Maria Dahle  Mehman Əliyevin media sahəsindəki fəaliyyətini yüksək dəyərləndirib, onu jurnalist, vətəndaş, insan olaraq müxtəlif yönlərdən müsbət xarakterizə edib. Mehman Əliyev mərasimdəki çıxışında bu mükafatı tək ona, eləcə də “Turan” İnformasiya Agentliyinin kollektivinə deyil, bütünlükdə Azərbaycan vətəndaş cəmiyyətinə verilən mükafat kimi qəbul etdiyini bildirib.

Beynəlxalq media və insan haqları qurumları mediaya basqıları, Azərbaycanda azad söz, azad mətbuat uğrunda gedən mübarizəni davamlı izləyir, dəstəkləyirlər. İndiyəcən bir neçə müxalif və müstəqil mətbuat orqanları, azad yazarlar, hüquq müdafiəçiləri ayrı-ayrı Beynəlxalq qurumların mükafatlarına layiq görülüblər. Demokratik mətbuat uğrunda savaşçıların mükafatlandırılması ölkədə azad medianın inkişafına əlavə stimul yaradır.  

 

Previous Post

AVROVİZİYA İŞTİRAKÇISI OLAN İSVEÇLI MÜĞƏNNİ AZƏRBAYCANLI HÜQUQ MÜDAFİƏÇİLƏRİ İLƏ GÖRÜŞÜB

Next Post

“SİNG FOR DEMOCRASY” KAMPANİYASI ÇƏRÇİVƏSİNDƏ ƏCNƏBİ JURNALİSTLƏR ÜÇÜN TƏDBİR KEÇİRİLDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.