“AZAD MƏTBUATSIZ HƏQİQİ AZADLIQ YOXDUR”

“Azad mətbuat olmadan ictimaiyyət milli problemlər və prioritetlər haqda fikir mübadiləsi apara bilməz . Azad mətbuatsız həqiqi azadlıq yoxdur”.

Bu sözləri ABŞ-ın Azərbaycandakı səfiri Enn Dersi prezident Buşun Azərbaycanı “jurnalistlər həbsxanası” adlandırmasından sonra Azərbaycan Prezidentinin İcra Aparatının rəhbəri Ramiz Mehdiyevin  buna cavab olaraq “jurnalistlər əfv olunmayacaq” deməsi ilə bağlı açıqlamasına münasibətində deyib.
“Yeni Müsavat” qəzetinin bugünkü (06 may) sayında bildirilir ki, bu açıqlamanı Dersi Beynəlxalq Mətbuat Azadlığı günü münasibətilə bağlı çıxış edərkən söyləyib. “Azad mətbuat olmasa,  vətəndaşlar hökumətin cavabdehliyi üçün lazımi məlumatları ala bilməz. Azad mətbuat olmayanda, xüsusi ilə də zəngin neft ölkəsində, korrupsiya riski artır, vəzifədən sui-istifadə halları və idarəçilikdə yanlışlıqlar çox olur.”

Previous Post

MTRŞ “İFLAS” FİLMİNİN NÜMAYİŞİNİ QEYRİ-QANUNİ ADDIM HESAB ETMİR

Next Post

“YENİ MÜSAVAT” QƏZETİ REDAKSİYASINDA GƏRGİNLİK VƏ NARAHATÇILIQ YARANIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.