APELLYASİYA MƏHKƏMƏSİ SABAH FƏTULLAYEV BARƏDƏ QƏRAR VERƏCƏK

Bu gün Apellyasiya məhkəməsinin hakimi Abdin Abdinbəyovun sədrliyi ilə “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayev barədə Ağır Cinayətlərə dair İşlər üzrə məhkəmənin çıxardığı qərardan verilən şikayət üzrə məhkəmə prosesi keçirilib.

Məhkəmədə xarici ölkə səfirliklərinin nümayəndələri də iştirak edirdi.

      Dövlət ittihamçısı ittiham aktını oxuduqdan sonra məhkəmədən xahiş etdi ki, hökm dəyişməsin.

      E.Fətullayevin vəkili Aydın Nəzərli öz çıxışında bildirdi ki, hakimim üç vəzifəsindən biri odur ki, “müdafiə tərəfini qarşı tərəfin qarşısında gücsüz vəziyyətə salmasın. Ancaq bu məhkəmədə obyektiv iş aparılmır”. Ekspert rəy verəndə tərəflərin hüquqlarının bərabər olduğunu vurğulayan vəkil çıxarılan ekspert rəyinin qərəzli olduğunu söylədi. Vəkil məhkəmədən qanunvericiliyə əsasən Apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi.

      Dövlət ittihamçısının məntiqsiz çıxışları haqda heç nə deyə bilmədiyini söyləyən E.Fətullayev hakimdən dövlət ittihamçısının onun suallarını cavablandırmağını xahiş etdi. “Mən sualları verəndə dövlət ittihamçısı sualları mənə verməyin deyir. Onda ittiham aktında sadəcə yazın ki, E.Fətullayevi cəmiyyətdən təcrid etmək istəyirik, qəzetin fəaliyyətini dayandırmaq istəyirik”. Bu işdə hakimi qınamadığını deyən E.Fətullayev 1999-cu ildə mərhum jurnalist Elmar Hüseynovun məhkəməsində sədrlik edən hakimin ədalətsiz qərar çıxarmaqdan imtina etdiyi üçün sonradan işdən azad olunduğunu yada salaraq təəssüfləndiyini bildirdi. Sonda E.Fətullayev yenə hakimi ona edilən zəngin yuxarıdan olduğu üçün onu qınamadığını söylədi.

     Hakim qərar çıxarmaq üçün növbəti məhkəmə prosesini sabah (16 yanvar) saat 10:30-a təyin etdi.

Previous Post

MƏHKƏMƏ ZAHİDOVUN VƏ VƏKİLLƏRİNİN VƏSATƏTLƏRİNİ TƏMİN ETMƏYİB

Next Post

“MƏTBUAT VƏ MƏHKƏMƏLƏR” MÖVZUSUNDA DƏYİRMİ MASA KEÇİRİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.