MƏHKƏMƏ ZAHİDOVUN VƏ VƏKİLLƏRİNİN VƏSATƏTLƏRİNİ TƏMİN ETMƏYİB

Bu gün Yasamal Rayon Məhkəməsinin hakimi Südabə Məmmədovanın sədrliyi ilə “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidova qarşı irəli sürülən ittihamlar üzrə məhkəmə prosesi keçirilib.

 Baş redaktorun vəkili Elçin Sadıqovun  RATİ-yə verdiyi məlumata görə, proses zamanı şahidlər ifadə verib. Hadisəni gördüyünü iddia edən şahid Abbas İsmayılov bildirib ki, hadisə zamanı Q.Zahid Vüsal Həsənova yalnız bir yumruq zərbəsi vurub. Budan sonra məhkəməyə 1 saylı İstintaq Təcridxanasının həkimləri dəvət olunub. Onların bildirdiyinə görə, Q.Zahid təcridxanaya gətirilən zaman tam sağlam olub.

     Bundan sonra V. Həsənov çıxış edərək, “Azadlıq” qəzetini və Zahidovun vəkillərini təhqir edib. O  bildirib ki, “Zahidovun vəkilləri yalnız pula işləyir”.

     Həsənovdan sonra çıxış edən Q. Zahidov iki vəsatət qaldırıb. O üzləşmə prosesindən və 1 saylı Bayıl təcridxanasında həyata keçirilən həkim müayinəsindən olan lent yazılarının nümayiş etdirilməsini istəyib. Vəsatətlər təmin olunmayıb. Məhkəmənin bu cür gedişatına etiraz olaraq Zahidov bildirib ki, özünün və vəkillərinin prosesdə iştirakından imtina edir.      Bundan başqa baş redaktorun vəkilləri gələn prosesə hal şahidlərinin dəvət olunması və prosesdə video və foto kameralardan, o cümlədən diktofonlardan istifadə edilməsi barədə vəsatət veriblər. Dövlət ittihamçısı Ceyhun Kazımov vəkillərin qaldırdığı vəsatətlərə hakimdən əvvəl reaksiya verirdi və bir qayda olaraq dövlət ittihamçısının etirazları hakim tərəfindən qəbul edilirdi.      Prosesin sonunda Q.Zahid özünün və vəkillərinin prosesdə iştirak edəcəyini bəyan edib.

     Proses yanvarın 17-i saat 10:00-a təyin olundu.

Previous Post

KİV-Ə DÖVLƏT DƏSTƏYİ KONSEPSİYASINI HAZIRLAYAN İŞÇİ QRUPUN İLK İCLASI KEÇİRİLİB

Next Post

APELLYASİYA MƏHKƏMƏSİ SABAH FƏTULLAYEV BARƏDƏ QƏRAR VERƏCƏK

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.