ZÖHRAB İSMAYILOVUN MSK-YA QARŞI İDDİASI RƏDD EDİLDİ

Bu gün (19 yanvar) Səbail rayon Məhkəməsində hakim Elnur Həsənovun sədrliyi ilə “Azad iqtisadiyyata Yardım” Mərkəzinin rəhbəri Zöhrab İsmayıl (İsmayılov) Mərkəzi Seçki Komissiyasına (MSK) qarşı “Vəzifəli şəxsin hərəkətsizliyinin qanunsuz hesab edilməsi barədə” qaldırdığı iddia üzrə məhkəmə prosesi keçirilib.

Prosesdə iddiaçı tərəfdən Zöhrab İsmayılov və onun səlahiyyətli nümayəndəsi Fariz Namazov iştirak edirdi.
Hakim Elnur Həsənov bildirdi ki, prosesdən öncə MSK-dan məhkəməyə müraciət daxil olub: “MSK nümayəndələri bildirir ki, iddia müddəti ötürüldüyünə görə proses dayandırılmalı və iddia təmin edilməməlidir”.  Sonda hakim MSK-nın müraciətini əsas gətirərək iddianı təmin etmədi.
Xatırladaq ki, proses hakimin kabinetində keçirilirdi. 
Previous Post

ABŞ AZƏRBAYCAN RƏHBƏRLİYİNƏ MÜRACİƏT EDİB

Next Post

VERDİYİ MÜSAHİBƏDƏ SƏSLƏNDİRDİYİ FİKRƏ GÖRƏ İCTİMAİ BİRLİK SƏDRİ MƏHKƏMƏYƏ VERİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.