BAKIDA YENİ MEDİA ERASININ DƏYƏRLƏRİ MÜZAKİRƏ OLUNUR

Bakıda “Yeni Media erasının dəyərləri” adı altında iki günlük konfrans və seminar işinə başladı. Tədbir  Avropa Yayım Birliyinin , Norveç İctimai Yayımçılarının  – SVT, UR, Yle DR və NRK-nin  maliyyə dəstəyi və Azərbaycan Media Mərkəzinin əməkdaşlığı ilə  keçirilir.

Tədbirin açılışını edən  Avropa Yayım Birliyinin Baş Direktoru İngrid Deltentre bu tədbirin Bakıda təsadüfən keçirilmədiyini bildirdi. Onun sözlərinə görə, Azərbaycanda da söz və mətbuat azadlığı sahəsində nöqsanlar var və bu tədbirin Bakıda keçirilməsi  mövcud nöqsanların aradan qaldırılmasına həm də bir çağırışdır.   

 

Daha sonra Azərbaycan Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin rəhbəri Əli Həsənov çıxış etdi. O çıxışında Azərbaycan mediasının ciddi problemlərinin olmadığını, bəzi xırda problemlərin isə həll edilməkdə olduğunu dedi.

 

ATƏT-in Media azadlığı üzrə keçmiş nümayəndəsi, Kolumbiya Universitetinin doktoru   Mikloş Haraşti isə tədbirdə çıxış edərək Azərbaycan mediasının mövcud əsas üç problemini qabartdı. O  “Realnıy Azerbaycan”  qəzetinin baş redaktoru Eynulla Fətullayev,  blogerlər – Emin Abdullayev və Adnan Hacızadənin   hələ də həbsdə olmasını, Azərbaycanda “Diffamasiya haqqında”  qanunun qəbul edilməsinin gecikdirilməsini və hökumətin interneti lisenziyalaşdıracağına dair bəyanatlarını tənqid etdi.

 

Daha sonra tədbir sual-cavab və qarşılıqlı ittihamlarla davam etdi. Əsas iradlar İctimai Televiziya və Dövlət Telekanalının fəaliyyəti, Avropa İnsan Hüquqları məhkəməsinin Eynulla Fətullayevin dərhal azad edilməsi ilə bağlı çıxardığı qərarın icra edilməməyi  ilə bağlı oldu. Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun sədri Emin Hüseynovun dövlət büdcəsindən maliyyələşən AzTV və “İdman-Azərbaycan” telekanallarının bazasında hələ də yeni İctimai telekanalların yaradılmamasının səbəbləri ilə bağlı sualına Prezident Administrasiyasının nümayəndəsi Əli Həsənov kəskin və emosional iradlarını bildirdi.

 

Qeyd edək ki, iyunun 30-da başlayan tədbir iyulun 1-də sona çatacaq.

 

Previous Post

“FREEDOM HOUSE” İLLİK REYTİNQ HESABATI AÇIQLAYIB

Next Post

PROKUROR EYNULLA FƏTULLAYEVƏ 3 İL İŞ İSTƏYİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.