“YENİ AZƏRBAYCAN” QƏZETİNİN BAŞ REDAKTORU SİLAHLA HƏDƏLƏNİB

Oktyabrın 25-də saat 12.10 radələrində “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Məmmədov avtomat silahla hədələnib.

Bu barədə məlumat APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən daxil olub. Hadisə Nəsimi rayonundakı Dilarə Əliyeva küçəsində baş verib. Belə ki, baş redaktor “Toyota” markalı avtomaşınını idarə edərkən ondan asılı olmayan səbəbdən “Mercedes” markalı avtomaşının sürücüsü ilə aralarında münaqişə baş verib. Həmin sürücü avtomaşının yük yerindən avtomat silahı çıxararaq H. Məmmədovu hədələyərək hadisə yerindən getsə də, Nəsimi rayon Polis İdarəsi 22-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Məmməd Əmin Rəsulzadə qəsəbəsinin sakini Ənvər Sadıqov tutulub. Onun M. Fətəli küçəsi ev 152-də kirayə götürdüyü mənzilə baxış zamanı 1 ədəd “AK” silahı, 29 ədəd avtomat gülləsi və 1 ədəd güllə darağı aşkar edilərək götürülüb.
 
Hikmət Məmmədov isə “Turan”a açıqlamasında həmin şəxsi ilk dəfə gördüyünü və baş verən hadisənin jurnalist fəaliyyəti ilə bağlı olmadığını bildirib.
Previous Post

REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN VƏ MEDİA HÜQUQU İNSTİTUTUNUN BİRGƏ BƏYANATI

Next Post

“KORRUPSİYA VƏ CƏMİYYƏT” JURNALINA QARŞI İDDİA QALDIRILIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.