BƏXTİYAR HACIYEVİN HÖKMÜNÜN ELAN EDİLMƏSİ QEYRİ MÜƏYYƏN VAXTA TƏXİRƏ SALINDI

     Mayın 11-də  Gəncə şəhəri Nizami rayon Məhkəməsində hakim Emin Axundovun sədrliyi ilə orduda xidmətdən yayınmaqda ittiham olunan gənc fəal Bəxtiyar Hacıyev barəsində  hökm çıxarılmalı idi.

Amma hakim hökmün çıxarılmağını  qeyri müəyyən vaxta  təxirə salınıb. Bu barədə RATİ-yə gənc fəalın qardaşı Vüqar Hacıyev məlumat verib.

 Xatırladaq ki, Hacıyev barəsində cinayət işi yanvarın sonlarında açılıb. Elə həmin vaxt ondan yaşadığı yeri tərk etməmək haqqında iltizamnamə alınıb, fevralın əvvəllərində isə bu qətimkan tədbiri “polisin nəzarətində olma” ilə əvəz olunub.

Martın 4-də Hacıyev bir ay müddətinə həbs edilib.  Hüquq mühafizə təşkilatları hesab edirlər ki,  2010-cu il parlament seçkilərində deputatlığa namizəd olmuş gənc fəal  facebook-da gənclərin 11 mart “Böyük xalq günü” etiraz aksiyasını təyin edən qrupun üzvü olduğuna görə həbs olunub.  

Previous Post

ƏLİ HƏSƏNOVA GÖRƏ dİffamasİyaNIN DEKRİMİNALLAŞDIRILMASI JURNALİSTLƏRİ MƏSULİYYƏTDƏN AZAD ETMİR

Next Post

ELMAR HÜSEYNOVUN QƏTLİ İLƏ BAĞLI DAHA ÜÇ NƏFƏRİN ADI HALLANIR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.