BLOGGER EMİN MİLLİ DƏ ŞƏRTİ AZADLIĞA ÇIXDI

Noyabrın 19-da Salyan rayon Məhkəməsi həbsdə olan gənc blogger Emin Millinin (Abdullayev)  cəzasının yarısını çəkməsi ilə əlaqədar onun vaxtından əvvəl azadlığa buraxılması barədə müraciətini təmin edib.

Bu barədə bu gün (19 noyabr) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna  (RATİ) vəkil İsaxan Aşurov məlumat verib.

Onun sözlərinə görə, məhkəmə 17 ay həbsdə olan Emin Millinin vaxtından əvvəl şərti olaraq azadlığa buraxılması barədə qərar  qəbul edib. Məhkəmə qalan 13 ay cəza müddətinin şərti çəkilməsini qərara alıb. Emin Milli məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki noybarın 18-də Emin  Milli ilə birlikdə həbs olunmuş Adnan Hacızadə də şərti olaraq azadlığa buraxılıb.
Xatırladaq ki, gənc bloggerlər – Emin Milli və Adnan Hacızadə 2009-cu il iyulun 8-də "Livan" restoranında baş vermiş insidentlə əlaqədar həbs ediliblər. Gənclərin döyülməsinə baxmayaraq, onlar özləri xuliqanlıq və bədən xəsarətləri yetirmək ittihamları ilə müvafiq olaraq 2 il 6 ay  və 2 il müddətinə azadlıqdan məhrum olunublar.

Yerli və beynəlxalq demokratik ictimaiyyət isə  əmindir ki, bloggerlər fərqli siyasi düşüncələrinə görə saxta ittihamla həbs olunublar.

Foto: www.irfs.az

Previous Post

VƏKİLİ EYNULLA FƏTULLAYEVİN GİROV MÜQABİLİNDƏ AZAD EDİLMƏSİNƏ DAİR VƏSADƏT VERİB

Next Post

BƏXTİYAR HACIYEV 24 SAAT AC-SUSUZ SAXLANILANDAN SONRA SƏRBƏST BURAXILDI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.