Həyəcan: Prokurorluq “Azadlıq” qəzetinin baş redaktorunun müavininə xəbərdarlıq edib

Rahim Hacıyev

Fevralın 5-də “Azadlıq” qəzetinin baş redaktorunun müavini Rahim Hacıyev Baş Prokurorluğa çağrılıb. Bu barədə Baş Prokurorluq məlumat yayıb. Məsələ ilə bağlı R.Hacıyevlə əlaqə saxladıq. Onun sölərinə görə, Şamaxı rayon sakininin redaksiyaya müraciətinə əsasən, “Azadlıq” qəzetinin 5 fevral 2013-cü il tarixli  sayında “Şamaxı da etiraz mitinqinə hazırlaşır” başlıqlı məqalə dərc olunub.

Məqalədə  bu il fevralın 20-də Şamaxı rayon İcra Hakimiyyətinin binasının qarşısında sosial problemlərin həll edilməməsi ilə bağlı mitinq keçiriləcəyi və bu barədə rəsmi müraciətin İcra  Hakimiyyətinə təqdim olunduğu barədə məlumat verilmişdir. Bu məqaləyə görə Prokurorluğa çağrıldığını deyən Hacıyev bildirdi ki, onu qəbul edən Baş Prokurorun 1-ci müavini Rüstəm Usubov məsələnin araşdırıldığını və həqiqətə uyğun olmadığını və icra hakimiyyətinə belə bir müraciət daxil olmadığını bildirib. R.Usubov həmçinin bu tip materialların ictimaiyyətdə gərginlik yaratdığını vurğulayaraq, təkzib verilməsini tələb etmiş, belə məlumatların gələcəkdə dərc olunacağı təqdirdə, barəsində inzibati və cinayət məsuliyyəti də daxil olmaqla, qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi məsuliyyət tədbirləri görüləcəyi barədə rəsmi xəbərdarlıq etmişdir.

Bu xəbərdarlığı haqsız hesab edən Rahim Hacıyev RATİ-yə bildirib ki, qəzetin vəzifəsi daxil olan məlumatı yaymaqdır və gərginlik varsa və ya yaranırsa, buna görə qəzet yox, hakimiyyət məsuliyyət daşıyır. O, bu fikri prokurorluqda səsləndirdiyini də qeyd edib.

Rahim Hacıyev onu da qeyd edib ki, məlumatı verən şəxslə əlaqə saxlayıblar və Əlibaba Fətullayev aksiya keçirilməsi ilə bağlı icra nümayəndəliyinə müraciət etdikləri barədə əllərində rəsmi sənəd olduğunu deyib.

Previous Post

Həyəcan: “Azadlıq” qəzetinin İsmayıllı üzrə bölgə müxbiri təhdid edildiyini bildirir

Next Post

Bəyanat: Prezident Seçkilləri Ərəfəsində Mediaya və Fəallara qarşı Təzyiqlər Davam Edir

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.