Tag archive of Azadliq newspaper

“Azadlıq” qəzetinə qarşı daha bir yüksək məbləğdə cərimə qüvvədə saxlanıldı

Fevralın 19-da Bakı Apelyasiya Məhkəməsində hakim İlqar Dəmirovun sədrliyi Binə Ticarət Mərkəzinin sahibi Kəbirə Məmmədovanın iddiası əsasında "Azadlıq" qəzetinə kəsilmiş cərimə qərarından verilən şikayətə baxılıb. Media Hüququ İnstitutunun (MHİ) rəhbəri, vəkil Rəşid Hacılı Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) bildirib ki, qəzetin şikayəti təmin edilməyib. (more…)

Read more
“Azadlıq” qəzetinin 30 min manat cəriməsi qüvvədə qaldı

Fevralın 14-də Ali Məhkəmədə hakim Tatyana Qoldmanın sədrliyi ilə keçirilən prosesdə "Azadlıq" qəzetinin kassasiya şikayəti təmin edilməyib. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) məlumat verən qəzetin vəkili Fariz Namazlı bildirib ki, Tağı Əhmədovanın iddiasına əsasən qəzetə qarşı çıxarılmış 30 min manat cərimə cəzası qüvvədə qalıb. (more…)

Read more
“Azadlıq” qəzetinin bölgə müxbiri polisdə ifadə verib

“Azadlıq” qəzetinin İsmayıllı rayonunda yaşayan bölgə müxbiri Elçin İsmayıllı izlənilməsi və təhdidlərlə üzləşməsi barədə bir neçə gün əvvəl hüquq-mühafizə orqanlarına etdiyi müraciətə əsasən, fevralın 8-də İsmayıllı Rayon Polis Şöbəsinə (RPŞ) çağırılıb. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna məlumat verən jurnalistin sözlərinə görə, onu RPŞ-nin rəis

Read more
Həyəcan: Prokurorluq “Azadlıq” qəzetinin baş redaktorunun müavininə xəbərdarlıq edib

Fevralın 5-də “Azadlıq” qəzetinin baş redaktorunun müavini Rahim Hacıyev Baş Prokurorluğa çağrılıb. Bu barədə Baş Prokurorluq məlumat yayıb. Məsələ ilə bağlı R.Hacıyevlə əlaqə saxladıq. Onun sölərinə görə, Şamaxı rayon sakininin redaksiyaya müraciətinə əsasən, “Azadlıq" qəzetinin 5 fevral 2013-cü il tarixli  sayında "Şamaxı da etiraz mitinqinə hazırlaşır" başlıqlı məqalə dərc olunub.

Read more