“Azadlıq” qəzetinə qarşı daha bir yüksək məbləğdə cərimə qüvvədə saxlanıldı

Rahim Hacıyev

Fevralın 19-da Bakı Apelyasiya Məhkəməsində hakim İlqar Dəmirovun sədrliyi Binə Ticarət Mərkəzinin sahibi Kəbirə Məmmədovanın iddiası əsasında “Azadlıq” qəzetinə kəsilmiş cərimə qərarından verilən şikayətə baxılıb. Media Hüququ İnstitutunun (MHİ) rəhbəri, vəkil Rəşid Hacılı Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) bildirib ki, qəzetin şikayəti təmin edilməyib. Onun sözlərinə görə, məhkəmə heç bir araşdırma aparmadan və əsas gətirmədən əvvəlki instansiyanın qərarını qüvvədə saxlayıb.

Qeyd edək ki, “Azadlıq” qəzetində 7 iyul 2012-ci il tarixində “Kəbirə Məmmədovanın “Eurovizyon əməliyyatı” və 8-9 iyul 2012-ci il tarixində dərc olunmuş  “Kəbirə Məmmədovanın yeni kupça əməliyyatı” başlıqlı məqalələrə görə “Binə” ticarət mərkəzinin sahibi Kəbirə Məmmədovanın Yasamal rayon Məhkəməsində qaldırdığı iddiaya əsasən 22 oktyabr 2012-ci il tarixində məhkəmə qəzetin təkzib verməsi və “Azadlıq”qəzetinin 30 min manat , yazıların müəllifi Ramin Dekonun isə 2 min manat cərimələnməsi barədə qərar çıxarıb.

Xatırladaq ki, fevralın 14-də də Ali Məhkəmədə qəzetə qarşı 30 min manatlıq  daha bir iddia qüvvədə saxlanılmışdı. 2012-ci ildə qəzetə qarşı çıxarılan cərimələrin ümumi məbləği 69 min manatdır.

Previous Post

İnternet azadlığını müdafiə qrupları hökuməti internetə müdaxilə etməməyə çağırır

Next Post

Bəyanat: Azərbaycanda mediaya təzyiqlər müxalif qəzetə yüksək məbləğli cərimələrin tətbiqi ilə davam etdirilir

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.